Türkiyədə magistr təhsili almaq üçün ilk öncə 4 illik bakalavr təhsilini bitirmək lazımdır.Türkiyədə magistratura pilləsi üçün ALES imtahanında iştirak edib o imtahandan topladığınız balla universitetlərə müraciət edə bilərsiniz.Amma bəzi dövlət universitetləri ALES imtahan nəticəsi olmadan da tələbə qəbulu aparır.Təhsil müddəti əsasən 2 ildir.İngilis dilində təhsil almaq istəyənlər əlavə olaraq TOEFL və ya IELTS nəticəsi təqdim etməlidirlər.