Amerikada Təhsil

Bütün universitetləri Təhsil Nazirliyi tərəfindən tanınır. Dünyanın təhsil üçün ən çox müraciət olunan ölkələrindəndir və təhsil səviyyəsi yüksəkdir.
Amerika universitetlərindən alınan diplom beynəlxalq diplomdur.
Amerikan universitetlərinin hər hansı ixtisasında oxumaq üçün orta məktəb attestatınız kifayətdir.
Amerikada alacağınız təhsilin ümumi xərci Türkiyə kimi ölkələrin özəl universitetlərindəki təhsil xərci ilə eynidir.

Amerikada təhsil müddəti boyunca part-time işləmək icazəniz vardır.
Hər xarici tələbəyə məzuniyyətdən sonra ekstra 1 il işləmə və yaşamaq icazəsi verilir.Bunun sayəsində lider şirkətlərin birində işləmək imkanınız yaranır.
Bakalavr 4 ildir,magistratura isə 1 vəya 2 ildir.

Bakalavr dərəcəsini institutlarda, kolleclərdə, universitetlərdə tədris olunur.Təhsilin müddəti dörd ildir. Lakin daha intensiv çalışmaqla bu müddəti azaltmaq və yaxud da qiyabi şöbəyə daxil olmaqla uzatmaq da mümkündür.

  • Freshman Year –   1-ci tədris ili;
  • Sophomore Year – 2-ci tədris ili;
  • Junior Year –         3-cü tədris ili;
  • Senior Year –        4-cü tədris ili.

ABŞ təhsilində kredit sistemi fəaliyyət göstərir. Məsələn, hər hansı bir fənn 3 kreditdirsə, deməli həmin dərs həftədə üç dəfə tədris olunacaq. Diplom almaq üçün dörd il müddətində 120 – 150 kredit toplamaq lazımdır.

Maqistr dərəcəsini iki illik kursu bitirəndən sonra almaq mümkündür.  Təhsil müddəti ixtisasdan, tələbənin hazırlıq səviyyəsindən, tədris proqramının strukturundan asılı olaraq  dəyişir.

ABŞ universitetlərinin təhsil səviyyəsinə görə sıralaması:

1. Harvard University
2. Princeton University
3. Yale University
4. Massachusetts Institute of Technology
5. Stanford University
6. California Institute of Technology
7. University of Pennsylvania
8. Columbia University
9. Duke University
10. University of Chicago