Xaricdə oxumağın verdiyi 10 üstünlük.

Bir çox gəncin xəyalıdır xaricdə oxumaq, lakin bəzən gənclər tam olaraq bilmirlər xaricdə təhsilin mənasını və elə buna görədə bu işin onlarlıq olmadığını düşünürlər. Öz təcrübəmizdən istifadə edərək xaricdə təhsilin verdiyi 10 üstünlüyü çıxardıq. Ümid edirik sizlərə faydalı olar.

1. Xarici dil öyrənməyin ən optimal yolu. Hər hansısa bir dili öyrənməyin ən yaxşı yolu həmin dilin istifadə olunduğu bir cəmiyyətdə müəyyən bir müddət yaşamaqdır. Gündəlik həyatınızda həmin dil ilə elə əhatə olunacaqsınız ki, hec öz xəbərinizdə olmada həmin dili çox yaxşı öyrənəcəksiniz.

2. Səyahət etmək imkanı. Həftə sonları və tətil zamanı siz yaxşıca səyahət edə bilərsiniz. Olduğunuz ölkənin digər şəhərlərinə, bölgələrinə və ya qonşuluqda olan ölkələrə qısa müddətli səfərlər sizin təhsilinizə əlavə dəyər qatar.

3. Yeni mədəniyyət öyrənmək imkanı. Xarici ölkələrdəki dil və yeməklərdən əlavə fərqli bir şey var ki, o da adət-ənənədir. Sizə təhsil aldığınız ölkənin adət-ənənəsini daha yaxından öyrənmək gələcək həyatınızda çox faydalı olacaq.

4. Şəxsi bacarıqlar və təcrübə. Xaricdə təhsil aldığınız müddət boyunca siz bir çox şəxsi keyfiyyətlərinizi inkişaf etdirəcəksiniz. Öz başına həyat, hər hansısa bir problemi həll eləmək və tələbələr arasındakı rəqabət sizə və əvəzsiz həyat təcrübəsi qazandıracaq.

5. Yeni dostlar. Xaricdə təhsil aldığınız müddət boyunca sizinlə oxuduğunuz ölkənin vətəndaşlarından əlavə digər xarici ölkələrdən gələn tələbələrdə oxuyacaqlar və nəticədə sizin onlarla ölkədən yeni dostlar qazanmaq imkanınız yaranacaq.

6. Özünüzü kəşf edəcəksiniz. Xaricdə təhsil sizin özünüzün bilinməyən yönlərinizi kəşf etmənizə gətirib çıxardacaq və nəticədə siz Azərbaycana qayıtdıqdan sonra (əgər qayıtsanız ) bir çox yeni idealar və innovasiyalar həyata keçirmək həvəsində olacaqsınız.

7. Dünya görüşü. Xaricdə təhsil almağınız sizə öz ixtisasınızda təkmilləşməkdən əlavə dünya görüşünüzüdə artıracaq. Buna 100% əmin ola bilərsiniz.

8. Fərqli akademik sistem. Azərbaycanın təhsil sistemi xarici ölkələrinkinə müqayisədə biraz geridə qalıb və yeni və daha müasir bir təhsil sistemində oxumaq sizə başda çətin görsənəcək amma daha sonra bundan ləzzət alacaqsınız (əgər oxumaq niyyətiniz varsa).

9. İş imkanları. Əslində iş tapmaq müəyyən mənada fərasət işidir amma bu bir reallıqdır ki, xaricdə təhsil almış gənclər nisbətən daha rahat iş tapırlar. Bununda əsas məqsədi işə götürənin gözündə avtomatik olaraq xaricdə oxumuş gənc daha dünya görüşlü, dil səviyyəsi daha yüksək, ünsiyyət qurmağı bacaran və ən əsası rüşvətsiz təhsil alan biri kimi görünəcək.

10. Ailənin fəxri. Bəli, bir çox valideyin övladının xaricdə oxumağı ilə fəxr edir və sizində valideyiniz buna layiqdir.