Venesiyada 10 günlük yay programı

Venesiya İnsan Hüquqları Akademiyasında European Inter-University Centre for Human Rights and Democratisation (EIUC) tərəfindən təşkil olunan, 3 – 12 iyul 2017-ci il tarixlərində keçiriləcək “İqtisadi, Sosial və Mədəni hüquqlar – artan bərabərsizliyə qarşı cavab” (Economic, Social, and Cultural Rights as an Answer to Rising Inequalities)  proqramına qəbul başlanır və 2017-ci il 19 Apreləcən davam edəcək. Martın 15-ə qədər müraciət edənlər 10% endirim əldə edəcəklər

Mövzu (Economic, Social, and Cultural Rights as an Answer to Rising Inequalities) – iqtisadi və sosial ədalətihal hazırda dünyada artan bərabərsizlik fonunda müzakirə edir. İnsan hüquqları iqtisadi və sosial bərabərliyin təbliğatı üçün effektiv üsuldurmu? və s. kimi sualların cavabını tapmaq üçün iştirakçılar 10 gün ərzində fəal şəkildə müzakirə edəcəklər.

İştirak edəcək professorlar:

Branko Milanović, Graduate Center City University of New Yorkda professor və LIS alimi.

Olivier De Schutter, University of Louvain (UCL) və SciencesPo (Paris) professoru.

Heisoo Shin, İqtisadi Sosial və Mədəni hüquqlar üzrə BMT Komitəsinin üzvü.

Miloon Kothari, BMT-nin sabiq Xüsusi Eksperti (Rapporteur) və Massachusetts Institute of Technology (MIT)-da alim.

Maraqlanan namizədlər verilən linkdən onlayn əzrizə formasını doldurmalıdırlar: application form

Suallarınız üçün verilən email adresinə yaza bilərsiniz: [email protected]