Tokio Universitetində təqaüd proqramı


Tokio Universiteti 2017-ci ilin sentyabrı üçün beynəlxalq tələbələrə Xüsusi Təqaüd proqramını açıq elan edir. Bu təqaüd doktorantura pilləsi üçün nəzərdə tutulub.

Ana dili ingilis olan tələbələrin TOEFL balı olması vacib deyil, lakin bu zaman Tokio Universitetinin Science (dəqiq elmlər) fakültəsi əvvəlcədən bunu təsdiqləməlidir.

Təqaüd Science Fakültəsinin daxilində olan bütün ixtisaslara aid edilir. Aylıq 150,000 yen dəyərindədir. 7 təqaüdçü seçiləcəkdir.

Müraciət üçün son tarix: 24 mart, 2017-ci il.

Aşağıdakı sənədlər tələb olunur:

  • Tokio Universitetinin Təqaüdünə müraciət forması (originalı)
  • Təqaüdə qəbul üçün namizədin təhsil qurumundan (universitetindən) tövsiyyə məktubu (1 ədəd, originalı)