SBS Business School of the Year Masters Scholarships

University of Strathclyde 2017-2018-ci il üçün “SBS Business School of the Year Masters Scholarships” proqramını elan edir.

Ana dili ingiliscə olmayan namizədlər ingilis dili bacarıqlarını göstərən sübutu təqdim etməlidirlər.

Dərəcə: Təqaüdlər doktorantura proqramları üçündür.

Sahələr: Sahibkarlıq, Qonaqprəvərlik və turizm, İqtisadiyyat, Menecment elmləri, Biznes, Mühasibat və Maliyyə, Strategiya və təşkilatçılıq, Menecment, İnsan qaynaqları menecmenti, Marketinq.

Təqaüd mükafatı: 10,000 funt sterlinqə qədər.

Sayı: 7-ə qədər.

Təqaüdlər Birləşmiş Krallıqda verilir.

Kimlər müraciət edə bilər: Təqaüdə müraciət etmək üçün namizəd aşağıdakı kriteriyalara uyğun olmalıdır:

Namizədlərdən 1000 sözlük inşa tələb olunur. Bu inşada namizədlər hansı proqrama müraciət etdiklərini və təqaüd şərtlərinə necə uyğun olduqlarını izah edəcəklər. Esse başlığı belədir: “Sırf sizin regionunuzda biznesin üzləşdiyi əsas çətinliklər və qlobal tendensiyalar

Namizədlər həm də ideyaları, təcrübələri və uğurlarını misal göstərərək özlərinin güclü komanda iştirakçısı olduqlarını göstərməlidirlər. Liderlik/ menecment bacarıqları və ya potensialı, ümumiyyətlə müraciətin keyfiyyəti və namizədin maliyyə vəziyyəti nəzərə alınacaqdır.

Milliyyət: Beynəlxalq tələbələr bu təqaüdlərə müraciət edə bilər.

Kollecə qəbul tələbatları:

Giriş tələbatı: Namizədlər müraciət vaxtı artıq bakalavr dərəcəsini almış olmalıdır.

Test İmtahanı Tələbatı: Yoxdur

İngilis dili tələbləri: İngilis dilli olmayan ölkələrdən gələn tələbələr tələb olunan ingilis dili kriteriyalarına uyğun olmalıdırlar.

International Scholarships

Müraciət onlayn aparılır.

Application Form

Müraciət üçün son tarix: 28 aprel, 2017