Sabancı Universiteti Dünya Sıralamasında 1-ci oldu

Sabancı Universiteti

SABANCI UNİVERSİTETİNDƏ TƏHSİL

Sabancı Universitetiində Təhsil, inkişaf edən gənc universitetlərin reytinqlərini nəzərə alan Times Higher Education-nın sıralamasında (THE) Dünya üzrə 50 yaşın altındakı Ən Yaxşı 100 Universitet Reytinqi üzrə dünyada 13-cü Türkiyədə isə 1-ci yerdədir.

 

Sabancı Universiteti bu sıralamada ilk 15 universitet içindəki ən gənc universitet oldu. Fəaliyyətinin 16-cı ilində olan Sabancı Universiteti, həmçinin sistemdə bu il sıralamaya ilk dəfə girən dünyadakı bütün universitetlər içərisində də ən üst sırada yer tutdu.

Sabancı Universitetinin müvəffəqiyyəti, quruluşundan etibarən meydana gətirdiyi təhsil səviyyəsi ilə araşdırma prosesinə verdiyi əhəmiyyətin, araşdırma əsaslı təhsil anlayışının və qoyduğu investisiyaların nəticəsidir. Bu işlərin nəticəsində 2014-ci ilin sonu etibarı ilə aktiv araşdırma fondu 80 milyon Türk Lirəsinə çatmışdır, müəllim başına araşdırma fondun bütçəsi təxmini olaraq 400.000 Türk Lirəsidir, müəllim başına araşdırma layihəsi sayı isə 1.33-dür.

Digər Universitetlər:

Dünya üzrə 50 yaşın altındakı Ən Yaxşı 100 Universitet Sıralaması “THE 50 Yaş Altı Ən Yaxşı 100 Universitet” siyahısında, Türkiyədən 3 universitet yer aldı. Sabancı Universiteti ilə birlikdə 50 yaş altı ən yaxşı 100 universitet sıralamasında, Bilkent Universiteti 28, Koç Universiteti 51-ci sırada yer tutdu.

Times Higher Education siyahısına buradan baxa bilərsiniz.