Oslo Universitetində Doktorantura Təqaüdü

Oslo Universitetinin Ədəbiyyat fakültəsi beynəlxalq tələbələr, araşdırmaçılar üçün doktorantura təqaüdü proqramını elan edir.

Namizədlər linqvistika və ya uyğun ixtisasda (Avropa dilləri – german, roman, slavyan) magistr dərəcəsi almış olmalıdır.

Yalnız bir nəfərə təqaüd veriləcəkdir.

Təqaüdə daxildir:
  • 432,700-489,300 Norveç kronu
  • Peşəkar iş mühiti
  • Gələcəyə dair inkişaf imkanları

Təqaüd Norveçdə əldə edilə bilər.

Uyğunluq:
  • Linqvistika və ya ekvivalent sahədə (Avropa dilləri – german, roman, slavyan) magistr dərəcəsi. Müraciət tarixinə qədər əldə olunmalıdır.
  • Yaxşı dərəcə yazılı və şifahi ingilis dili biliyi

Müraciətlərə baxılarkən əsasən nəzərə alınacaq:

  • Layihənin elmi faydası, araşdırmanın uyğunluğu və yenilikçiliyi
  • Namizədin akademik və şəxsi bacarıqları
  • Namizədin birgə iş bacarığı və akademik cəmiyyətlərə qoşulma bacarığı

Əla qiymətlərlə universiteti yeni bitirmiş məzunlara üstünlük veriləcək.

Test Tələbi: Yoxdur

İngilis dili biliyi tələbi: 

  • TOEFL balı 550 (paper-based) və ya 213 (computer-based) və ya 80 (internet-based), və ya
  •  IELTS balı 6.5

Müraciət üçün son tarix: 18 aprel, 2017-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.