Oksford universitetinə qəbul zamanı müsahibə sualları

Bussiness Insider’ın verdiyi xəbərdə, Oxford Universitetinə qəbul zamanı keçirilən müsahibələrdə soruşulan bir-birindən maraqlı sualları oxuyuculara təqdim edib.

Qısa bir hekayəni, bir romandan fərqləndirən nədir?
Fakültə: Müasir Dillər

İnsanlarda niyə iki ədəd göz vardır?  Fakültə: Təcrübəvi Psixologiya

Şer, başa düşülməsi çətinmi olmalıdır?  Fakültə: Müasir Dillər

Parabizən böcəkləri qırmızıdır. Çiyələklər də həmçinin. Səbəb? Fakültə: Biologiya

Əgər park edilməsi qadağan yerlərə avtomobil park etmənin cəzası ölüm olsaydı və kimsə qadağan yerlərə park etməsəydi, bu doğru bir hüquq qanunu olardımı? Fakültə: Hüquq

İnsanlar üçün “normal” nə anlama gəlir? Fakültə: Psixologiya

Pələnglərin nəsli tamamilə tükənərsə, bu bir əhəmiyyət kəsb edərmi? Fakültə: Biologiya