Jurnalistlər üçün Saja Reporting təqaüdü

Cənubi Asiya Jurnalistika Assosiyasiyası beynəlxalq tələbələr üçün SAJA Reporting təqaüd proqramına müraciətləri açıq elan edir. Təqaüdlər əsasən Amerikan mediasında dərinliyinəcən araşdırılmayan və ya heç araşdırılmayan mövzuları layihələşdirmək üçün nəzərdə tutulur.

SAJA Amerika və Kanadada ən dinamik jurnalistika təşkilatlarından biridir.  1994-cü ildə 18 nəfərlə qurulmuş bu şirkətin hazırda 1000-dən çox işçisi var.

Təqaüdə Cənubi Asiya və CA Diasporası haqda layihəsi (araşdırması) olan istənilən jurnalist müraciət edə bilər.

Cənubi Asiya Jurnalistika Assosiyasiyasının  jurnalislər üçün nəzərdə tutduğu təqaüd məbləği 20,000$ olub uğurlu layihələr arasında bölünəcəkdir. Hər bir təqaüdün ortalama məbləği 3000-7000$ ola bilər.

Uyğunluq:

  • Jurnalistika layihələrində özünü göstərmiş, təcrübəli olmalı
  • İngilis dili biliyi vacibdir
  • Yekun işini Şimali Amerikada təqdim edə bilməli
  • Namizədlərin Amerikada yaşaması vacib deyil, lakin onların yekun işi ABŞ və ya Kanada mediasında işıq üzü görməlidir
  • Redaktor kimi işləmək istəyi olmalıdır
  • SAJA tədbirlərində, müzakirə panellərində layihəsini müzakirə etməyə uyğun və hazır olmalıdır
  • Yekun işi isıqlandıran media təşkilatları SAJA-ya istinad verməyə razılıq verməlidirlər

Müraciət üçün tələb edilən sənədlər:

  • Fotoşəkil
  • Bioqrafiya
  • Layihənin adı
  • Layihənin qısa xülasəsi (200 söz)
  • Layihənin girişi (30 sözdən az)
  • Layihə üçün şəkil

 Müraciət üçün son tarix:  15 may, 2017.