Beynəlxalq Tələbələr üçün İtaliya Hökumət Təqaüdü

İtalyan ali təhsil qurumlarında təhsil almaq, araşdırma və ya treninq keçmək üçün İtaliya hökumətinin təşkil etdiyi təqaüd proqramına müraciətlər açıq elan olunur. Təqaüdlərin verilməsində məqsəd italyan mədəniyyəti və elmini, eyni zamanda iqtisadi və texnoloji sistemini dünyada tanıtmaqdır.

Namizədlər ingilis dilində olan ixtisaslara qəbul olmaq istəyirlərsə italyan dili biliyi vacib deyil. İtalyan dilli fakültələrə qəbul zamanı isə orta dərəcə italyan dili biliyinin sübut olunması lazımdır.

Təqaüd üçün müraciət edilə bilinən kurslar:

  • 2-ci mərhələ universitet dərsləri (5 illik və ya magistr)
  • Magistr
  • Doktorantura
  • İxtisaslaşma
  • Akademik araşdırma
  • İncəsənət, musiqi, rəqs üzrə təhsil
  • İtalyan dili və mədəniyyəti
  • İtalyan dili müəllimləri üçün treninqlər 

Təqaüdlər namizədin şəxsi keyfiyyətləri, akademik biliyi, kriteriyalara uyğunluğu üzərindən qiymətləndirilib müqayisə edilərək veriləcəkdir. Təqaüd alan namizədlər həm də sağlamlıq sığortası ilə təmin olunacaqdır ki, əvvəldən var olan xəstəliklər bu sığortaya daxil edilməyəcəkdir.

Uyğunluq: 

Namizədlərin aşağıdakı kriteriyalara uyğun gəlməsi vacibdir, əks təqdirdə onlar avtomatik şəkildə seçimlərdə iştirak edə bilməyəcəkdir.

  • Seçilmiş qurumdan tələb olunan akademik kriteriyalara uyğun gələn beynəlxalq tələbə olmalı
  • 18-36 yaş arası olmalı, doktoranturanın birinci ili üçün müraciət edənlər üçün maksimum yaş 33-dür. İtalyan dili müəllimləri üçünn treninqlərə müraciət edənlər 18-45 yaş arası olmalıdırlar.
  • İtalyan dilində olan ixtisaslara müraciət zamanı ən az B2 səviyyəsində italyan dili biliyini sübut edən sənəd təqdim olunmalıdır. İngilis dilində olan fakültələr üçün italyan dili biliyi vacib deyil. İtalyan dili və mədəniyyəti kursları üçün isə A2 dərəcəli italyan dili biliyi tələb olunur.

Milliyyət: Xarici vətəndaşlar və xaricdə yaşayan italyan vətəndaşları üçün nəzərdə tutulub.

 Qəbul şərtləri:

Namizədlərin italyan dili biliyi səviyyəsi (CILS B2, CELI 3, PLIDA B2 or INT.IT Roma Tre) olmalıdır.

İngilis dilli ixtisaslara müraciət zamanı italyan dili biliyi vacib deyil.

Müraciət üçün son tarix: 10 may 2017