Hollandiyada Təqaüdlü Təhsil

Hollandiyada magistratura təhsili üzrə təqaüdlü qəbul elan edilir.

Hollandiya Avropanın öndə gələn ölkərindən biri olub, həm təhsil həm də yaşam səviyyəsi baxımından tələbələrin istəklərinə cavab verən ölkədir.

Təhsil səviyyəsinin ən yüksək olduğu ölkələrdən biri sayılan Hollandiya, eyni zamanda məşhur böyük firmaları ilə də dünyanın ən varlıqlı ölkəri arasına girməyi bacarmışdır. Bir çox mədəniyyətə ev sahibliyi edərək də Hollandiya dünyanın inkişaf etmiş ölkələri sırasına qatılmışdır.

İstər bakalavr dərəcəsi, istərsə də magsitratura dərəcəsi üzrə həm ana dilində həm də ingilis dilində təhsil verərək, aradan keçən illər ərzində bütün sahələr üzrə ingilis dilində təhsil verən universitetlər təsis edilmişdir.

Dünyanın ən yaxşı universitetlər sıralamasında Hollandiya universitetləri də yer alaraq bir daha sübut edir ki, həm bakalavr həm də magistratura üzrə tələbələrin üstünlük verəcəkləri ölkələrdən biridir Hollandiya.

Təhsildən savayı Hollandiyanın avropadakı bir çox ölkəyə həftə sonu gedə bilmək məsafəsində olduğundan ötrü tələbələrin üstünlük verə biləcəkləri bir ölkədir.

Hollandiyada magistratura üzrə təqaüdlü təhsil

Magistratura üzrə Hollandiyada təqaüdlü təhsil almaq istəyənlər Avropa Birliyi üzvü olmayan ölkələrin vətəndaşları olmalıdır. Müraciət edənlər Hollandiyanın ən qədim universitetlərinin birində təhsil almaq şansını əldə edəcəklər.

Fakültələr:

  • Advanced Studies in Air & Space Law
  • Advanced Studies in European & International Business Law
  • Advanced Studies in International Tax Law
  • Advanced Studies in Public International Law
  • Advanced Studies in International Civil & Commercial Law
  • Advanced Studies in Law & Digital Technologies
  • Advanced Studies in European Tax Law
  • Advanced Studies in European & International Human Rights Law
  • Advanced Studies in International Children’s Rights
  • MSc in International Relations & Diplomacy

Üç növdə təqaüd verilir: 
10.000 € təhsil ödənişi
15.000 € təhsil ödənişi
Qanuni təhsil ödənişindən ümumi təhsil haqqının ödənilməsi

Son Müraciət tarixi: 1 Oktyabr 2017