Harvard Universitetində təqaüd imkanları

Harvard universiteti təhsil xərcləri baxımından tərcih edilə biləcək bir universitetdir. Çünkü nəticə olaraq Harvard universiteti tələbələrin maddi durumuna baxaraq müraciətlərinə qəbul ya rədd cavabı verməz. Buna Need-blind admission deyilir, yəni tələbənin maddi durumu göz ardı edilir.

Harvard-a qəbul edildikdən sonra tələbə daha uğurludursa təqaüd almağa davam edir, deyilsə davam etmir kimi şərtlər yoxudur. Sadəcə tələbənin və ailəsinin maddi dəstəyə ehtiyacı varsa təqaüd almağa davam edir, maddi dəstəyə ehtiyacı yoxdursa təqaüd almağa davam edməz. Harvard təqaüd ilə əlaqədar Amerikalı tələbələr ilə xarici tələbələr arasında fərq görmür.

Bunun təyin etməyin yolu isə belədir:

Bir ailənin ilik gəliri  $65.000 qədərsə o zaman Harvard universiteti tələbənin bütün xərclərini qaşılayır sadəcə ailə $10.000 qədər bir qismini ödəyir.

Əgər bir ailənin illik gəliri $65.000 – $150.000 isə o zaman Harvard universiteti tələbənin xərclərinin bir hissəsini qarşılayır. Ailənin illik gəliri yaxşı deyilsə sadəcə o zaman universitetə ödəyəcəyi məbləğ sadəcə $10.000-dır.

Əsas məsələ isə Harvard universitetinə qəbul olmaqdır. Qəbul olduqdan sonra qonşu ölkə Türkiyədə yerləşən hər hansı bir özəl universitetdən daha ekonomikdir Harvardda təhsil almaq. Çünkü Harvard universitetinin təmin etdiyi təqaüdə təhsil haqqı, yerləşim, yemək,sağlıq sığortası, dərsliklər  və.s daxildir. Bunun qarşılığında tələbənin ödədiyi xərc isə sadəcə $10.000-dır.