Hollandiyada Təqaüdlü Təhsil

Hollandiyada magistratura təhsili üzrə təqaüdlü qəbul elan edilir.

Hollandiya Avropanın öndə gələn ölkərindən biri olub, həm təhsil həm də yaşam səviyyəsi baxımından tələbələrin istəklərinə cavab verən ölkədir.

Təhsil səviyyəsinin ən yüksək olduğu ölkələrdən biri sayılan Hollandiya, eyni zamanda məşhur böyük firmaları ilə də dünyanın ən varlıqlı ölkəri arasına girməyi bacarmışdır. Bir çox mədəniyyətə ev sahibliyi edərək də Hollandiya dünyanın inkişaf etmiş ölkələri sırasına qatılmışdır.

İstər bakalavr dərəcəsi, istərsə də magsitratura dərəcəsi üzrə həm ana dilində həm də ingilis dilində təhsil verərək, aradan keçən illər ərzində bütün sahələr üzrə ingilis dilində təhsil verən universitetlər təsis edilmişdir.

Dünyanın ən yaxşı universitetlər sıralamasında Hollandiya universitetləri də yer alaraq bir daha sübut edir ki, həm bakalavr həm də magistratura üzrə tələbələrin üstünlük verəcəkləri ölkələrdən biridir Hollandiya.

Təhsildən savayı Hollandiyanın avropadakı bir çox ölkəyə həftə sonu gedə bilmək məsafəsində olduğundan ötrü tələbələrin üstünlük verə biləcəkləri bir ölkədir.

Hollandiyada magistratura üzrə təqaüdlü təhsil

Magistratura üzrə Hollandiyada təqaüdlü təhsil almaq istəyənlər Avropa Birliyi üzvü olmayan ölkələrin vətəndaşları olmalıdır. Müraciət edənlər Hollandiyanın ən qədim universitetlərinin birində təhsil almaq şansını əldə edəcəklər.

Fakültələr:

  • Advanced Studies in Air & Space Law
  • Advanced Studies in European & International Business Law
  • Advanced Studies in International Tax Law
  • Advanced Studies in Public International Law
  • Advanced Studies in International Civil & Commercial Law
  • Advanced Studies in Law & Digital Technologies
  • Advanced Studies in European Tax Law
  • Advanced Studies in European & International Human Rights Law
  • Advanced Studies in International Children’s Rights
  • MSc in International Relations & Diplomacy

Üç növdə təqaüd verilir: 
10.000 € təhsil ödənişi
15.000 € təhsil ödənişi
Qanuni təhsil ödənişindən ümumi təhsil haqqının ödənilməsi

Son Müraciət tarixi: 1 Oktyabr 2017

Ghent Universiteti təqaüd proqramı

Ghent Universiteti inkişafda olan və az inkişaf etmiş ölkələrdən olan tələbələr üçün nəzərdə tutulan təqaüd proqramı təklif edir. Təqaüdlər inguilis dilində magistr və ya ikinci magistr təhsili almaq istəyənlər üçündür.

Ghent University dünya sıralamasında ilk 100 arasında olub Belçikanın ən yaxşı təhsil qurumlarından biri sayılır. Universitetin əsas məqsədi tələbələri inkişafa yönləndirmək, onlara kreativ və tənqidi araşdırma bacarıqlarını aşılamaqdır.

Təqaüd üçün nəzərdə tutulan fakültələr:
  • European Master of Science in Nuclear Fusion and Engineering Physics
  • European Master of Science in Photonics
  • International Master of Science in Agro- and Environmental Nematology
  • International Master of Science in Biomedical Engineering
  • International Master of Science in Environmental Technology and Engineering
  • International Master of Science in Marine Biodiversity and Conservation
  • International Master of Science in Rural Development
  • Master of Science in Aquaculture
  • Master of Science in Biochemistry and Biotechnology
  • Master of Science in Bioinformatics
  • Master of Science in Biology
  • Master of Science in Biomedical Engineering
  • Master of Science in Chemical Engineering
  • Master of Science in Chemistry
  • Master of Science in Civil Engineering
  • Master of Science in Computer Science Engineering
  • Master of Science in Electrical Engineering
  • Master of Science in Electromechanical Engineering
  • Master of Science in Engineering Physics
  • Master of Science in Environmental Sanitation
  • Master of Science in Fire Safety Engineering
  • Master of Science in Food Technology
  • Master of Science in Geology
  • Master of Science in Industrial Engineering and Operations Research
  • Master of Science in Marine and Lacustrine Science and Management
  • Master of Science in Nutrition and Rural Development (Human Nutrition)
  • Master of Science in Nutrition and Rural Development (Rural Economics and Management)
  • Master of Science in Nutrition and Rural Development (Tropical Agriculture)
  • Master of Science in Physical Land Resources (Land Resources Engineering)
  • Master of Science in Physical Land Resources (Soil Science)
  • Master of Science in Sustainable Materials Engineering
  • Master of Science in Textile Engineering
  • MSc in Business Engineering (Data Analytics)
  • MSc in Business Engineering (Finance)
  • MSc in Business Engineering (Operations management)
  • Master of Science in Business Economics (Accountancy)
  • Master of Science in Business Economics (Corporate Finance)
  • Master of Science in Business Economics (Marketing)
  • Master of Arts in African Studies
İkinci magistr proqramları
  • Master of Science in Banking and Finance
  • Master of Laws in European Union Law
  • Master of Laws in International and European Law
  • Master of Laws in International Business Law
  • Master of Laws in Law and Economics
  • Master of Arts in Advanced Studies in Linguistics
  • Master of Science in Maritime Sciences
  • Master of Science in Marketing Analysis
  • Master of Science in Nuclear Engineering
  • Master of Science in Plant Biotechnology
  • Master of Science in Space Studies
  • Master of Science in Statistical Data Analysis
  • Master of Science in Integrated Water Management

Təqaüdə daxildir: 

  • Aylıq €650 xərclik
  • Sığorta (hər şey daxildir: sağlamlıq, sosial)

Gediş və gəliş üçün aviabiletlər və viza xərcləri daxil deyil.

Uyğunluq:

  • Magistr proqramına müraciət etmək üçün namizədin bakalavr dərəcəsi olmalıdır.
  • İkinci magistr təhsili üçün isə magistr dərəcəsi olmalıdır.
  • Namizəd OESO-DAC country list-də verilmiş ölkələrdən olmalıdır.

Fakültələr seçdikləri ən yaxşı 3 tələbəni təqaüd proqramı üçün universitetə təqdim edir. Universitetin qərarı nəticəsində bütün fakültələrdən ən az 10 nəfər seçilir. Nəticələr mayin 18-də universitet tərəfindən bildiriləcək.

Jurnalistlər üçün Saja Reporting təqaüdü

Cənubi Asiya Jurnalistika Assosiyasiyası beynəlxalq tələbələr üçün SAJA Reporting təqaüd proqramına müraciətləri açıq elan edir. Təqaüdlər əsasən Amerikan mediasında dərinliyinəcən araşdırılmayan və ya heç araşdırılmayan mövzuları layihələşdirmək üçün nəzərdə tutulur.

SAJA Amerika və Kanadada ən dinamik jurnalistika təşkilatlarından biridir.  1994-cü ildə 18 nəfərlə qurulmuş bu şirkətin hazırda 1000-dən çox işçisi var.

Təqaüdə Cənubi Asiya və CA Diasporası haqda layihəsi (araşdırması) olan istənilən jurnalist müraciət edə bilər.

Cənubi Asiya Jurnalistika Assosiyasiyasının  jurnalislər üçün nəzərdə tutduğu təqaüd məbləği 20,000$ olub uğurlu layihələr arasında bölünəcəkdir. Hər bir təqaüdün ortalama məbləği 3000-7000$ ola bilər.

Uyğunluq:

  • Jurnalistika layihələrində özünü göstərmiş, təcrübəli olmalı
  • İngilis dili biliyi vacibdir
  • Yekun işini Şimali Amerikada təqdim edə bilməli
  • Namizədlərin Amerikada yaşaması vacib deyil, lakin onların yekun işi ABŞ və ya Kanada mediasında işıq üzü görməlidir
  • Redaktor kimi işləmək istəyi olmalıdır
  • SAJA tədbirlərində, müzakirə panellərində layihəsini müzakirə etməyə uyğun və hazır olmalıdır
  • Yekun işi isıqlandıran media təşkilatları SAJA-ya istinad verməyə razılıq verməlidirlər

Müraciət üçün tələb edilən sənədlər:

  • Fotoşəkil
  • Bioqrafiya
  • Layihənin adı
  • Layihənin qısa xülasəsi (200 söz)
  • Layihənin girişi (30 sözdən az)
  • Layihə üçün şəkil

 Müraciət üçün son tarix:  15 may, 2017.