TrAP beynəlxalq elmi fantastika janrında qısa hekayə yarışı

TrAP beynəlxalq elmi fantastika janrında qısa hekayə yarışı, Norveç, 2017

“Transnational Arts Production” beynəlxalq elmi fantastika janrında dərc edilməmiş hekayələr üçün “Bütün sərhədlər müvəqqətidir” adlı qısa hekayə yarışı elan edir.

Kimlər müraciət edə bilər: Elmi fantastika janrında beynəlxalq arenada tanınmamış ölkələrdən olan müəlliflərin əsərlərinə üstünlük verilir. Bu tipli ölkələrə aiddir: Skandinaviya ölkələri, ərəb ölkələri, Afrika, Cənubi Asiya, Şərqi və cənub-şərqi Asiya, Şərqi və Mərkəzi Asiya, Mərkəzi və Cənubi Amerika. Buna baxmayaraq bütün ölkələrin vətəndaşları müraciət edə bilər.

Göndəriləcək materiallar əvvəlcə heç yerdə çap olunmamış və ya nəzərdə tutulmamış olmalıdır. 3000-3500 söz arası, ingiliscə olması üstünlükdür. Digər dillərdə yazılan hekayələr də qəbul olunacaq, lakin bu zaman göndərilən əsərin ingiliscə tərcüməsi də əlavə edilməlidir. Hekayə və niyyət məktubu (Cover Letter) .doc və ya .rtf formatında elektron şəkildə göndərilməlidir. Bir şəxs yalnız bir dəfə müraciət göndərə bilər.

Mükafat: 7-ə qədər hekayə seçilərək qaliblər 2018-ci ilin yazında elan olunacaq. Mükafat birdəfəlik 700$~6000 Norveç kronu olan pul məbləğidir.

Müraciət üçün son tarix: 1 sentyabr, 2017-ci il

Yazılar redaktor Bodhisattva Chattopadhyaya aşağıdakı e-mail adresindən göndərilə bilər.       

[email protected]