Bu Yay Work & Travel Şansını Qaçırma!

Qeydiyyatlarınızı indi etdirin, ilkin fürsətləri əldə edin.

Niyə Work & Travel-a qatılmalısınız?

  • Digər alternativlərlə müqayisədə daha uyğun qiymətə Amerikaya gedin, işləyin, əylənin, gəzin! 

    Work and Travel proqramı çox aşağı xərclərlə iştirak edə biləcəyiniz bir proqramdır. Bu xərc qaşılığında Amerikada üç ay ərzində səyahət edərək və eyni zamanda çalışaraq pul qazanacağınız başqa bir proqram yoxdur. Dil məktəbi ilə Amerikada təhsil almağın xərci ən az $8000dır. Üstəlik bu müddətdə, bir iş vizasına sahib olmadığınız üçün xərcləyəcəyiniz pulu geri qazanma imkanınız da yoxdur.

  • İngilis dili biliklərinizi mükəmməlləşdirin! 

    Azərbaycanda öyrəndiyiniz İngilis dilini inkişaf etdirmək üçün uyğun mühit tapmaq çətindir. Halbuki Work and Travel ilə öyrəndiyiniz İngilis dilini, gündəlik həyatın içərisində istifadə edərək inkişaf etdirə bilərsiniz və özünüzü İngilis dilli insanlarla danışarkən daha rahat edəcəksiniz.

  • Amerika mədəniyyətini yaxından tanıyın! 

    Work and Travel ilə artıq filmlərdə gördüyünüz Amerikanı öz içindən izləyə biləcək və bu mədəniyyəti yaxından tanıma fürsəti əldə edəcəksiniz. Amerikanın iş həyatını işləyərkən müşahidə edə biləcəksiniz və bununla ciddi bir iş təcrübəsi qazanacaqsınız.

  • Şəxsi pulunuzu qazanın! 

    Öz pulunuzu qazanmağa başlamanın həyatınızda çox əhəmiyyətli bir yeri vardır. Work and Travel proqramına qatılmaq bu həyəcanı və xoşbəxtliyi sizin üçün yaradır. Work and Travel sayəsində əldə etdiyiniz gəlir ilə proqramda iştirak üçün etmiş olduğunuz xərclərin böyük hissəsini və ya hamısını geri qazana biləcəksiniz. Hətta bəziləriniz 7000-8000 USD’ə qədər əlavə gəlir əldə edə biləcəksiniz. 

  • Ucuz alışveriş imkanı əldə edin! 

    Amerikada olduğunuz müddətdə dünyaca məşhur markaların məhsullarını çox uyğun qiymətlərə alma imkanınız olacaq. Xüsusilə geyim və texnologiya məhsullarını xəyal edə bilməyəcəyiniz qədər aşağı qiymətlərə tapa biləcəksiniz.

  • Yüzlərlə video və şəkil arxiviniz olacaq!
    Yaşadığınız gözəl anları fotoaparat və ya video kamera ilə ölümsüzləşdirəcək və nəhəng bir Work and Travel fotoşəkil və video arxivinə sahib olacaqsınız. Bəlkə də Work and Travel ilə qazandığınız ən gözəl şey bunlar olacaq.
  • Amerikalı və Avropalı yeni dostlar qazanın! 

    Hər il 25 fərqli ölkədən gələn 150.000dən çox tələbə, Work and Travel proqramında həm Amerikalılarla həm də öz aralarında ünsiyyət qurmaqdadır. Siz də bu yoldaşlıqlar sayəsində yoldaşlarınızın ölkələrini ziyarət edə bilər hətta o ölkələrdə özünüzə karyera imkanları yarada bilərsiniz.