Almaniyada Magistratura

Magistratura proqramlarında yer almaq istəyən tələbələr seçim etdikləri     universitetin müraciət ve giriş qaydalarını izləməlidir. Magistratura  üçün müraciət şərtləri və vaxtları fərqli ola bilər. Bu şərtlər dil bilikləri, referanslar və özəl müraciət yazıları ola bilər. Bakalavr təhsilinizi  müvəffəqiyyətlə tamamladıqdan sonra  Magistratura proqramına  müraciət edə  bilər və bakalavrda aldığınız peşə üzrə təhsilinizdə   mütəxəssisləşə bilərsiz.

Almaniyada Magistratura oxuma şərtləri :

* Azərbaycanda 4 illik bakalavr proqramından məzun olmaq
*Alman dili və ya İngilis dili bilgisini təsdiqləyən sertifikat , İngilis dili üçün TOEFL vəya İELTS , Alman dili üçün DSH , TesDaf  vəya Goethe fakultəsinin sertifikatı.

Asan müraciət və qəbul qaydaları

* Bakalavr pilləsinin bitirən bütün tələbələr müraciət edə bilərlər
* Hər universitetin öz müraciət qaydası var , bunun üçün müraciət etmədən öncə araşdırma aparılması çox vacibdir

Referans və Niyyət məktubu

* Qiymət ortalamasından başqa bir çox universitet tələbənin hər hansısa performansa sahib olduğunu təsdiqləyən sənəd istəməkdədir , Bunun içində referans məktubu , niyyət məktubu , praktika və ya iş yerindən arayış istəməkdədir. Almaniya universitetləri tələbələri özləri seçdikləri üçün tələbənin motivasiya və hədəflərini tərif edən niyyət məktubu istəməkdədir.
Müraciət formunuz İngilis dilində vəya Alman dilində hazırlanmasını tövsiyyə edirik.

Qiymət ortalaması

* Almaniyada universitetlər əsasən 70 bal və üstü tələb edir. Əksiksiz bir müraciət üçün universitetin           müraciət şərtlərini araşdırmaq çox önəmlidir.
* Tələbə məzun olduğu fakultəyə uygun bölümə müraciət etməlidir.